Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.
Bu barədə məlumatı “CNN Türk” yayıb.
Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 təyyarələrini paylaşaraq “Günün fotosu” başlığı yazması Türkiyədə birmənalı qarşılanmayıb.
İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.
Qeyd edilir ki, Yunanıstan skandal paylaşımı götürüb.
1 dəqiqədən az