Gecə Rusiya Silahlı Qüvvələri Kiyevdə və ətraf bölgədə nəqliyyat infrastrukturu obyektinə və logistika mərkəzinə zərbə endirib.
Bu barədə TASS məlumat verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın cənub-qərb dəmir yolunda əsas obyekt olan Darnitsa lokomotiv deposu zərbəyə məruz qalıb.
"Bu gecə Rusiya Silahlı Qüvvələri Kiyevdə və Kiyev bölgəsində nəqliyyat infrastrukturu obyektinə və logistika mərkəzinə yerüstü dəqiq silahlar və uzaqmənzilli pilotsuz uçuş aparatları ilə zərbə endirib. Ukraynanın cənub-qərb dəmir yolunda əsas obyekt olan Darnitsa lokomotiv deposunda Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnika daşıyan lokomotiv donanmasında texniki xidmət və təmir işləri aparılırdı", - nazirlik bildirib.
1 dəqiqədən az