XƏBƏRLƏR / Münaqişə

Ermənilər minaatanlardan 2 hərbi qulluqçumuzu yaraladı

Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub

Ermənilər minaatanlardan 2 hərbi qulluqçumuzu yaraladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

    Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

    Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.