Göyərtəsində 10 azərbaycanlı olan gəmiyə dron hücumu olub
Hadisə Qara dənizdə Türkiyə şirkəti tərəfindən idarə olunan gəmidə baş verib VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu olub. VİDEO
Dənizçilik informasiya portalı Maritime Voice-a görə, Qara dənizdə Türkiyə şirkəti tərəfindən idarə olunan VOLGO-BALT 226 gəmisinə dron hücumu edilib.
Portalın "X" hesabında deyilir: "Türk şirkəti tərəfindən idarə olunan VOLGO-BALT 226 gəmisinə Qara dənizdə dron hücumu edilib. Gəminin körpüsünə və yaşayış yerlərinə ciddi ziyan dəyib".
Mənbənin məlumatına görə, gəmidə 11 nəfər var: 10 Azərbaycan vətəndaşı və bir Gürcüstan vətəndaşı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Nəşr bildirib ki, "Zərərə baxmayaraq, gəmi Trabzona doğru irəliləyir".
1 dəqiqədən az