XƏBƏRLƏR / Münaqişə

Ermənilər Kəlbəcərə atəş açdı

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Ermənilər Kəlbəcərə atəş açdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini  bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.