XƏBƏRLƏR / Münaqişə

Əli Şamxani: Tehranın cavabı gecikməyəcək

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri ABŞ-ı genişmiqyaslı müharibə ilə hədələyib

Əli Şamxani: Tehranın cavabı gecikməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ tərəfindən atılacaq istənilən aqressiv addım İran tərəfindən genişmiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndiriləcək və Tehranın cavabı gecikməyəcək.

    Bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani "X" hesabında bildirib.

    Şamxani paylaşımı fars dilindən başqa ingilis, rus, yəhudi və çin dillərində edib.

    “Məhdud zərbə anlayışı illüziyadır. ABŞ-ın istənilən nöqtədən və istənilən səviyyədə həyata keçirəcəyi hərbi əməliyyat müharibənin başlanğıcı kimi dəyərləndiriləcək və cavab tədbirləri dərhal görüləcək”, - Şamxani vurğulayıb.

    Onun sözlərinə görə, İranın cavabı təkcə ABŞ və İsrailə qarşı deyil, həmçinin bu aqressiyanı dəstəkləyəcək istənilən ölkəyə yönələcək.