XƏBƏRLƏR / Münaqişə

Ermənilər Naxçıvanı atəşə tutdu

 Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Ermənilər Naxçıvanı atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.