XƏBƏRLƏR / Münaqişə

Danışıqlarda əsas mübahisəli məqam Donetskin 20%-idir

Bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib

Danışıqlarda əsas mübahisəli məqam Donetskin 20%-idir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas mübahisəli məqam Kiyevin nəzarəti altında qalan Donetsk ərazisinin 20%-i ilə bağlıdır.

    Bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a açıqlaması zamanı bildirib.

    "Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-i ilə bağlıdır. Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik", - Rubio deyib.

    Dövlət katibi onu da bildirib ki, ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır.