Almaniya 150 rusiyalı diplomatı ölkədən çıxarır
Bu barədə TASS Rusiyanın Almaniyadakı səfirliyinə istinadən məlumat yayıb
Almaniya hakimiyyəti Leypsiq hava limanında dronlarla bağlı bir neçə insidentdən sonra 150 rusiyalını - bir neçə diplomatik nümayəndəliyin əməkdaşlarını və onların ailə üzvlərini ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə TASS Rusiyanın Almaniyadakı səfirliyinə istinadən məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Almaniya hökuməti Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.
1 dəqiqədən az