XƏBƏRLƏR / Münaqişə

ABŞ nüvə obyektləriylə İrana son xəbərdarlıq edib

"Əl-Əxbar": nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib

ABŞ nüvə obyektləriylə İrana son xəbərdarlıq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ İranı nüvə proqramı ilə bağlı güzəştlərə getməyə çağıraraq, əks halda ölkənin nüvə obyektlərinə genişmiqyaslı zərbələr endiriləcəyi ilə hədələyib.

    Bu barədə Livanın “Əl-Əxbar” nəşri mənbələrinə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfəri zamanı Vaşinqtonun tələbini İran tərəfinə çatdırıb.

    Mənbələrin iddiasına görə, ABŞ-ın tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, İrana qarşı genişmiqyaslı hücum həyata keçirilə bilər. Ehtimal olunan hədəflər sırasında Kolanq-Qaz-La dağı ərazisində yerləşən nüvə obyektləri də göstərilir.

    Qeyd edək ki, ABŞ və ya İran tərəfindən belə bir xəbərdarlığın rəsmi şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur.