BQXK-nin maşın karvanı Xankəndidən Laçına keçdi
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub
Bu gün Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçiblər. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 60 gündür davam edir.