SEPAH Hörmüzum dibindəki internet kabelləri qırmaq istəyir
Bu hədə-qorxunu Keşikçilərin sözçüsü Hüseyn Mohebbi səsləndirib
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi bildirib ki, Hörmüz boğazından keçən sualtı internet kabelləri İranın növbəti hədəfi ola bilər.

O bildirib ki, əgər hərbi əməliyyatlar yenidən başlasa, İranın cavabı daha sərt olacaq, ABŞ ciddi problemlərlə üzləşəcək və dünya ciddi enerji böhranı ilə üzləşəcək.
O, "müharibənin yeni mərhələsində yeni silah növlərinin təqdim ediləcəyini və yeni hədəflərin müəyyən ediləcəyini" vurğulayıb və qlobal internet üçün vacib olan yeddi əsas kabelin Hörmüz boğazından keçdiyini qeyd edib.
1 dəqiqədən az