Rusiyanın Kiyevə zərbəsi həmyerlilərimizin ofisini dağıdıb
"Tərəzi” Ukrayna–Azərbaycan Biznes Assosiasiyasının ofisinə ciddi ziyan dəyib FOTO
Rusiya ordusunun oktyabrın 18-dən 19-na keçən gecə Kiyevə endirdiyi raket zərbələri nəticəsində “Tərəzi” Ukrayna–Azərbaycan Biznes Assosiasiyasının ofisinə ziyan dəyib.

Kiyev şəhəri, Vadım Hetman küçəsi, 1-B ünvanında yerləşən ofisin pəncərə konstruksiyaları və daxili hissələri dağılıb, avadanlıqlara zərər vurulub.

Assosiasiyanın prezidenti Cəlal Hüseynov AZƏRTAC-a bildirib ki, təşkilatın əməkdaşları arasında xəsarət alan olmayıb. Ofisə dəyən ziyan müəyyənləşdirilir.

Qeyd edək ki, “Tərəzi” Assosiasiyası Ukrayna və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya və işgüzar əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.
1 dəqiqədən az