Bu gün BMT TŞ-nın İranla bağlı təcili iclası keçiriləcək
İclas ABŞ-dan gələn müvafiq sorğu əsasında baş tutacaq
BMT Təhlükəsizlik Şurasının İranla bağlı təcili iclası 16 yanvar Bakı vaxtı ilə saat 0:00-da keçiriləcək.
Təhlükəsizlik Şurasına sədrlik edən Somali missiyası RİA Novosti-yə bildirib ki, bu gün (Bakı vaxtı ilə - ANSPress) saat 00:00-da BMT Təhlükəsizlik Şurasının İranla bağlı təcili iclası keçiriləcək.
Cümə axşamı gecəsi qurumdakı mənbə ABŞ-dan müvafiq sorğu barədə məlumat verib.
"Bəli, bu doğrudur. Prezidentlik "Yaxın Şərqdə vəziyyət" gündəm maddəsi çərçivəsində İrandakı vəziyyətlə bağlı iclas təyin etmək niyyətindədir", - deyə Təhlükəsizlik Şurasının hazırkı prezidenti jurnalistlərə bildirib.
Qeyd edək ki, Bazar ertəsi günü ABŞ prezidenti Donald Tramp Amerika hərbi və ticarət obyektlərinə hücum ediləcəyi təqdirdə İrana zərbə endirəcəyi ilə hədələyib. Əvvəllər o, təhlükəsizlik qüvvələrinə İslam Respublikasında etirazçılara atəş açmaq əmri veriləcəyi təqdirdə ABŞ-ın cavab verməyə hazır olduğunu iddia etmişdi. Bu fonda Tehran cümə axşamı gecəsi ölkə üzərindəki hava məkanını müvəqqəti olaraq bağladı, lakin bir neçə saat sonra qərarını ləğv etdi.
1 dəqiqə