Arayik A.: Qarabağ məsələsi ilə fikir ayrılıqları var
Bu barədə oyuncaq prezident oyuncaq respublikanın ictimai televiziyasına müsahibəsində bildirib
Heç kimin Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu şübhə altına almağa haqqı yoxdur. Bu barədə oyuncaq prezident Araik Arutyunyan Artsax ictimai televiziyasına müsahibəsində bildirib.
Arutyunyan jurnalistin sualına cavab verib: Ermənistan Respublikasının hakimiyyət orqanları ilə hansı münasibətlər var?
“Biz fəal təmasdayıq. Hər gün olmasa da, müntəzəm olaraq problemlərdən danışırıq. Həm də fikir ayrılıqları var və bilirsiniz ki, bu, Artsax məsələsi ilə bağlı baş verir.
Mən ER hakimiyyətini Artsaxın öz müqəddəratını təyinetmə hüququnu şübhə altına alan bəyanat və hərəkətlərdən çəkinməyə çağırıram. 1988-ci il hərəkatını heç bir lider, heç bir şəxs başlatmayıb, xalq onun bütün əhəmiyyətini və çəkisini dərk edərək başlayıb”, - deyə Arutyunyan bildirib.
Jurnalistin ”Artsax” xalqının hansı gözlənti ilə bundan sonra da əziyyət çəkməsi lazımdır sualına Arayik A. Belə cavab verib: “Ümid edirik ki, yaxın gələcəkdə beynəlxalq ictimaiyyət Azərbaycana təzyiqləri artıracaq, həmçinin BMT Təhlükəsizlik Şurasında təcili müzakirənin olacağını gözləyirik. Bu baxımdan ümidimi itirməmişəm. Bizim o platformalardan hələ də müəyyən gözləntilərimiz var. İlk növbədə, Artsax prezidenti ER və diasporadan nümayişlər, müraciətlər və digər tədbirlər şəklində mənəvi dəstək gözləyir. Hazırkı mərhələdə material da çox vacibdir, çünki Artsaxın iqtisadiyyatı faktiki olaraq işləmir”.
Mövcud vəziyyətə əvvəlcədən düzgün hazırlaşmamaq, kifayət qədər ehtiyat toplamamaqda hökumətə qarşı irəli sürülən ittihamlara toxunan Arutyunyan bunu ağılsız sayıb: “Ola bilsin ki, bəzi hesablamalarda səhvə yol vermişik, bəlkə daha çox ehtiyat toplaya bilərdik. Hökumətin fəaliyyəti nəticəsində hələ də müqavimət göstərmək, mübarizə aparmaq, minimum ərzaqla təmin etmək imkanımız var. Yəni bu mənada ittihamlar əsassızdır”.
Araik Arutyunyan həmçinin Artsax hökumətinin Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəni davam etdirməyə hazır olduğunu açıqlayıb.