Laçında erməni təxribatı davam edir VİDEO
“Humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindədir
Ermənistan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribatları davam etdirir.
Bu barədə AZƏRTAC məlumat yayıb.
“Humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini bəyan edib.