XƏBƏRLƏR / Münaqişə

Tramp İrana yeni sərt ultimatum verdi YENİLƏNİB

Bu barədə ABŞ prezidenti Truth Social-da kəskin açıqlama berib

Tramp İrana yeni sərt ultimatum verdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 01:52

    Prezident Tramp iddia edir ki, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ona zəng edib "gözləməsini" xahiş etdikdən sonra sabah üçün planlaşdırılan Amerikanın İrana "hərbi hücumunu" ləğv edib.

    Tramp Amerika ordusuna "İrana qarşı tammiqyaslı, genişmiqyaslı hücuma hazır olmağı" əmr edib.

    Ultimatum müddəti bitdikdə və Tramp İrana hücumları təxirə salmaq məcburiyyətində qaldıqda, o, adətən iddia edir ki, kimsə ondan hücumun dayandırmasını istəyir.

    ***

    2026.05.18 20:44
    Donald Tramp Truth Social-da sərt açıqlamasında İranın qeyd-şərtsiz təslim olmasını tələb etdi.

    ABŞ prezidenti İran ordusunun silahlarını yerə qoyub paytaxtı tərk etməsini və ölkə hakimiyyətinin Vaşinqtonla qarşıdurmada məğlubiyyətini rəsmi olaraq etiraf etməsini təkid edir.

    Bu arada, Reuters agentliyinin Pakistan mənbəsinə istinadən verdiyi məlumata görə, Pakistan ABŞ-a yenidən işlənmiş İran təklifini təqdim edib.
    Mənbə bildirib ki, "vaxt azalır" və hər iki tərəf daim məqsədlərini dəyişir.
     ABŞ prezidenti Tramp isə İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini, lakin Tehranın təkliflərindən məmnun olmadığını bildirib.