Fələstin dövlətinin tanınması “dönməz reallığa” çevrilir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə İƏT üzv ölkələrin XİN şurasının fövqəladə iclasında deyib

Türkiyənin xarici işlər naziri İsrailə "koordinasiyalı təzyiq" lazım olduğunu bildirib - TRTHaber
Türkiyənin xarici işlər naziri Fidan Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının açılışında çıxışı zamanı bildirib ki, Fələstin dövlətinin tanınması “dönməz reallığa” çevrilir.
Sentyabrda Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasının əhəmiyyətini vurğulayan nazir, "Güclü, koordinasiyalı təzyiqə ehtiyac var. Uzunmüddətli həllə nail olmaq üçün İsraili təzyiq altında saxlamaq lazımdır" deyib.