XƏBƏRLƏR / Münaqişə

Erməni təxribatının qarşısı alınıb

Müdafiə Nazirliyinin məlumatı

Erməni təxribatının qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan ordusunun növbəti təxribat fəaliyyətinin qarşısı alınıb.

    Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.

    Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.