XƏBƏRLƏR / Münaqişə

Ordumuz Ermənistanın mövqelərini atəşə tutmayıb

Müdafiə Nazirliyi təkzib verdi

Ordumuz Ermənistanın mövqelərini atəşə tutmayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.