Türkiyəyə keçmək istəyən PKK-çılar saxlanıldı
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçmək istəyən 6 nəfər yaxalayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Terrora və terrorçulara keçid yoxdur! Sərhəd Qartallarımız Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçmək istəyən 6 nəfəri yaxalayıb. Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 4-nün PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib", - nazirliyin məlumatında deyilir.