Rusiya Ukraynada avtobusa zərbə endirib: 15 ölü, 16 yaralı
Dnepropetrovsk bölgəsində mədən işçilərini daşıyan avtobusa zərbə endirilib
Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 16-ya yüksəlib.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 14 nəfər xəstəxanadadır, onların yeddisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, hücum nəticəsində 15 mədən işçisi həlak olub.
1 dəqiqədən az