Ruben Vardanyan Qarabağdan getmək fikrində deyil
Bu barədə o, erməni jurnalistlərinə açıqlamasında deyib
“Mən burada işləyəcəyəm, sizin yanınızda qalacağam. Hər şeyə görə cənab prezidentə təşəkkür edirəm. Baxmayaraq ki, həqiqətən də müxtəlif yanaşmalarda ziddiyyətlərimiz var, lakin ümumi fikir ondan ibarətdir ki, bizdə heç kimin keçməməli olduğu “qırmızı xətlər” var. Bu "qırmızı xətlər"bzizm ləyaqətimiz nazminə Qarabağı ermənilərinki, müstəqil və layiqli saxlamaq üçün çox vacibdir. Əminəm ki, biz bu yolu birlikdə qət edəcəyik”. Bu barədə Qarabağın qondarma “dövlət naziri” “vəzifəsindən azad edilən” Ruben Vardanyan bildirib.
Vardanyan həmçinin qeyd edib: “İlk növbədə, birlikdə keçdiyimiz yola və cənab prezidentin mənə etimadına görə təşəkkür edirəm. Mənim üçün bu, böyük təcrübə oldu. Bilirsiniz ki, mən onilliklərdir Qarabağa Artsaxa gəlirəm, mənim böyük əlaqələrim var idi, lakin sentyabrın əvvəlində mən vəziyyəti tam dərk etmədən uçurumun kənarında dayandığımızı hiss etdiyim üçün gəldiyimi elan etdim”.