Oyuncaq "parlament"ə daşnak "sədr" təyin edildi
Separatçılar Qarabağda vəziyyəti gərginləşdirməkdə davam edirlər
Lehinə 22, əleyhinə 9 səs toplayan "Daşnaktsütyun" fraksiyasının üzvü David İşxanyan qondarma "DQR"-in oyuncaq "parlament" sədri təyin edilib. Namizədin əleyhinə keçmiş "müdafiə naziri" Samvel Babayanın 9 tərəfdarı səs verib. Onların fikrincə, daşnakın "sədr" təyin edilməsi vəziyyətin normallaşmasına qulluğ etmir və münasibətləri daha da gərginləşdirəcək.
Xatırladaq ki, azərbaycanlılarla ermənilərin min illərlə yan-yana yaşamasını bəyan edən "eks-spiker" Artur Tovmasyan bu il iyulun 29-da istefa verib.