XƏBƏRLƏR / Münaqişə

İranın hava məkanı yenidən açılıb YENİLƏNİB

Bu barədə "Flightradar24" portalının məlumatında deyilir

İranın hava məkanı yenidən açılıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:35

    İran öz hava sahəsini müvəqqəti bağladıqdan sonra yenidən açıb.

    Bu barədə “Flightradar24” məlumat yayıb.

    İranın aviaşirkətləri “Mahan Air”, “Yazd Airways” və digərlərinin İran hava sahəsində uçuşları qeydə alınıb.

    Qeyd edək ki, İran hava məkanını bir neçə saatlıq bağladıqdan sonra, yalnız əvvəlcədən icazəsi alınmış beynəlxalq reyslərin uçuşlarına icazə verilib.

    ***

    05:06

    İran bütün təyyarələr üçün hava məkanını bağlayıb.


    Bu barədə "Flightradar24" portalının məlumatında deyilir.

    Məlumata görə, yalnız əvvəlcədən icazə almış beynəlxalq reyslərə uçuşlara icazə verilir.

    Tehran tərəfindən yayımlanan NOTAM-a əsasən, məhdudiyyətlər yanvarın 15-i saat 08:00-dək qüvvədə olacaq.

    Yanvarın 14-də Reuters ABŞ-ın 24 saat ərzində İrana zərbə endirə biləcəyi barədə xəbər vermişdi.