XƏBƏRLƏR / Münaqişə

"Ukraynaya silah daşıyan ticarət gəmiləri vurulacaq"

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib

"Ukraynaya silah daşıyan ticarət gəmiləri vurulacaq"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə qarşı zərbələri davam etdirəcək.

    Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

    ""Pandora qutusu açıqdır": Rusiya Ukrayna ordusu üçün təchizat daşıyan ticarət gəmilərinə zərbələri davam etdirəcək. Bu zərbələr Kiyev rejiminin Rusiyadakı mülki hədəflərə hücumlarına cavab olaraq endirilib", - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.