BQXK erməniləri Xankəndidən Ermənistana apardı
Onlar aksiya ərazisindən maneəsiz keçiblər
Ekoaksiyanın iştirakçıları fevralın 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus və erməni əsilli şəxsləri daşıyan avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar. Bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus altı minik və bir təminat avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub. Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.