İran yəmənli Husilərin əliylə Qırmızı dənizdə revanş götürür
Şiddətli döyüşlərdən sonra yəmənli Husilər strateji liman şəhəri Mochanı ələ keçirib
Səudiyyə qüvvələri ilə şiddətli döyüşlərdən sonra yəmənli Husilər strateji liman şəhəri Mocha və Yəmənin Qırmızı dəniz adalarına nəzarəti ələ keçiriblər.
Axios-un məlumatına görə, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Trampdan Husilərə zərbə endirməsini istəyib, lakin o, Vaşinqtonun əsas hədəfinin İran olduğunu qeyd edərək imtina edib.
Qeyd olunur ki, bu hücum ərəfəsində İran Husilərə silah göndərib və əraziyə SEPAH zabitlərini ezam edib.
1 dəqiqədən az