XƏBƏRLƏR / Münaqişə

BMT Qəzza zolağı ilə bağlı qətnamə qəbul etdi

Qətnamə Malta tərəfindən təqdim edilib

BMT Qəzza zolağı ilə bağlı qətnamə qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Təhlükəsizlik Şurası Qəzza zolağında humanitar fasilələr tələb edən qətnamə qəbul edib.

    Qətnamə Malta tərəfindən təqdim edilib.

    Qətnamədə Qəzza zolağında döyüşlərdə təcili və uzun müddətli humanitar fasilə tələb edilir.

    12 ölkə sənədin lehinə səs verib, daha üç ölkə isə bitərəf qalıb.

    İclasın əvvəlində Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzya Qəzza zolağında dərhal atəşkəsə çağıran düzəlişlər təklif edib. Beş ölkə bu təklifi dəstəkləyib, biri (ABŞ) əleyhinə səs verib, doqquz ölkə isə bitərəf qalıb. Dəyişiklik lazımi sayda səs toplamadığı üçün qəbul edilməyib.