İranın HƏMAS tərəfində vuruşmaq fikri yoxdur
"Reuters" yazır ki, bunu Ayətullah Əli Xamenei İsmayıl Haniyəyə bildirib

Reuters agentliyi sensasion xəbər yayıb.
Xəbərdə deyilir: "Üç yüksək rütbəli məmurun sözlərinə görə, noyabrın əvvəlində Tehranda görüşən İranın ali lideri HƏMAS rəhbərinə açıq mesaj verib: Siz oktyabrın 7-də İsrailə hücumunuz barədə bizə heç bir xəbərdarlıq etmədiniz və biz sizin tərəfinizdə müharibəyə girməyəcəyik".
Ayətullah Əli Xamenei İsmayıl Haniyəyə bildirib ki, uzun müddət HƏMAS-ın dəstəkçisi olan İran qrupa siyasi və mənəvi dəstəyini verməyə davam edəcək, lakin birbaşa müdaxilə etməyəcək.