Ukrayna Saratov Neft Emalı Zavoduna zərbə endirib
Saratov vilayətinin qubernatoru hücum nəticəsində 10 nəfərin yaralandığını bildirib
Ukrayna dünən gecə Saratov Neft Emalı Zavoduna zərbə endirib.
Bu, Rusiyanın ən qədim neft emalı zavodlarından biridir və 1934-cü ildə təsis edilib. 2023-cü ilə qədər zavodun illik neft emalı gücü təxminən 4,8 milyon ton olub.
Ukrayna Telegram kanallarına görə, bu, müharibədən bəri bu neft emalı zavoduna edilən 15-ci hücumdur.
Saratov vilayətinin qubernatoru hücum nəticəsində 10 nəfərin yaralandığını bildirib.
1 dəqiqədən az