XƏBƏRLƏR / Münaqişə

Düşmən Kəlbəcər istqamətində aktivləşib

Mövqelərimiz müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub

Düşmən Kəlbəcər istqamətində  aktivləşib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

    Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.