XƏBƏRLƏR / Münaqişə

"Qızıl Xaç" və SM-ın maşınları Laçın yolundan keçdi

Maşınların içində erməni əsilli şəxslər olub

"Qızıl Xaç" və SM-ın maşınları Laçın yolundan keçdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:35

    Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. Hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə 4 yük avtomobili keçid edib.

    ***

    Bu gün Şuşadan keçən Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Səhər saatlarında Xankəndindən Laçın istiqamətində gedən BQXK-nın 5 minik avtomobili və 1 yük avtomobili keçib. Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb. BQXK-nın maşınlarının içində xəstəliklə əlaqədar erməni əsilli şəxslər Xankəndindən Ermənistan ərazisinə aparılıb.

    Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.