XƏBƏRLƏR / Münaqişə

"Rusiya-Ukrayna cəbhəsində hər iki tərəf dalana dirənib"

Bunu rusiyalı senator Dmitri Roqozin bəyan edib

"Rusiya-Ukrayna cəbhəsində hər iki tərəf dalana dirənib"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyalı senator Dmitri Roqozin Ukrayna cəbhəsində hər iki tərəfin dalana dirəndiyini açıqlayıb. Roqozinin açıqlamasını "ЕЖ lab" "Telegram" kanalı məlumat yayıb.

    Roqozin hesab edir ki, Ukrayna və Rusiya orduları qüvvə və texnika baxımından paritetə ​​çatıb və cəbhədə irəliləyiş faktiki olaraq mümkünsüz olub, cəbhə xəttinin 20 kilometrliyində istənilən texnika və piyadalar məhv edilir.

    Rusiyalı senator bütün müharibənin əsasən taktiki səviyyədə aparıldığını, hər iki tərəfən tamamilə minalanmış çöldə eyni yaşda olan kişilərdən ibarət 3-5 nəfərdən ibarət hücum qruplarının əməliyyat həyata keçirdiyini, hər tərəfdə PUA-ların vızıldadığını, həmin qrupların zirehlərlə, pulemyotlarla PUA-lara atəş açmağa çalışdığını söyləyib. Onun fikrincə, nəyinki harasa hücuma keçməyə, heç yerindən tərpənmək mümkün deyil.

    Roqozin vurğulayıb ki, təmas xəttinin 20 kilometrliyindəki istənilən hərbi texnika həm Rusiya, həm də Ukrayna ordusu tərəfindən qarşılıqlı olaraq dərhal məhv edilir.

    "Bu dalandır, mövqe müharibəsinin problemidir. Yəni, texnika, təlim, hətta motivasiya baxımından qüvvələr təxminən bərabərdir", - rusiyalı senator deyib.

    O, Dnepr çayının da daxil olduğu Xerson vilayətini xüsusi qeyd edib. Roqozinin sözlərinə görə, hər iki tərəf çay sahilinə yaxınlaşan kimi düşməni məhv edir və belə şəraitdə Dnepri keçməkdən söhbət gedə bilməz.