Rəisi fələstinli "İslami Cihad" lideri ilə telefonla danışıb
Ziyad Əl-Nahala İran rəhbərliyi və xalqına “fələstinlilərə dəstək” üçün təşəkkür edib
İran Prezidenti İbrahim Rəisi Fələstin "İslami Cihad" qruplaşmasının lideri Ziyad əl-Nahala ilə telefon danışığında “Fələstin müqaviməti”nin “canlı və təsirli qələbələrini” alqışlayıb.
Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.
İran prezidenti deyib: “Siz bu yenilikçi və zəfərli əməliyyatla həqiqətən də İslam cəmiyyətinə sevinc bəxş etdiniz.
Rəisi əlavə edib: "Sionist rejim tənəzzüldədir, müqavimət cəbhəsi isə qələbə qazanır".
Əl-Nahala öz növbəsində İranın Ali Rəhbərinə, hökumətinə və xalqına “fələstinlilərə dəstək” üçün təşəkkür edib.