Tramp Rusiyanı 50 gün atəşkəs müddətini azaltmaqla hədələyir
ABŞ Prezidenti bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt vermişdi

"Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacağam".
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam. Ona verdiyim 50 günü də azaldacağam” - Tramp bildirib.
ABŞ lideri daha sonra Britaniyanın Baş naziri Keir Starmer ilə təkbətək danışıqlara başlayıb.
Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.