Qroznıda silahlılar jurnalist Yelena Milaşinaya hücum edib
Çeçenistana ezamiyyətə gələn Milaşinanın barmaqlarını sındırıblar və başını qırxıblar FOTO
Çeçenistanda silahlı şəxslər jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum ediblər.
İşgəncə Əleyhinə Komandanın məlumatına görə, Milaşina və Nemov Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən qaçırılan və bu gün hökm oxunacaq Zarema Musayevanın işi üzrə son məhkəmə iclasına gedirdilər.
Səhər tezdən hava limanından gələrkən jurnalist və vəkilin avtomobilinin qarşısını silahlı şəxslərlə birlikdə üç maşın kəsib. "Meduza" yazır ki, Milaşina və Nemov döyülüb və bütün avadanlıqları alınıb. Bundan əlavə, Nemov bildirib ki, hücum edənlər onları fiziki zorakılıqla hədələyib və başlarına silah dirəyiblər.
İndi Yelena Milaşina və Dmitri Nemov Qroznıdakı təcili yardım xəstəxanalarından birindədir. İşgəncələrə Əleyhinə Komandanın məlumatına görə, onların hər ikisində çoxsaylı qançırlar, Yelena Milaşkanın kəllə-beyin travması alıb və bir neçə barmağı sınıb .