XƏBƏRLƏR / Münaqişə

Kamboca-Tailand sərhədində şiddətli döyüşlər başlayıb

"MGR" onlayn portalı məlumat yayıb

Kamboca-Tailand sərhədində şiddətli döyüşlər başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Daha bir problemli sahə aktivləşib. Bu səhər Kamboca-Tailand sərhədində şiddətli döyüşlər başlayıb, təyyarələr, artilleriya və çoxsaylı raket sistemlərindən istifadə olunub.

    "MGR" onlayn portalının məlumatına görə, toqquşmalar mübahisəli ərazidə yerləşən qədim Preah Vihear məbədinin ərazisində baş verib.

    Ölkə ordusu Tailand ərazisini raket sistemləri ilə atəşə tutmağa başlayandan sonra Tailand Kamboca ilə sərhədi bağlayıb. Sərhəddə döyüşlər davam edir. Əraziyə qoşunlar yeridilir.

    Tailandın Kamboca ilə həmsərhəd olan dörd əyalətinin səlahiyyətliləri vəziyyətin gərginləşməsi fonunda sakinlərin təcili evakuasiya edilməsini elan edib. Təkcə Tailandın Surin əyalətində sərhəd kəndlərindən ən azı 40 min insan təxliyə edilib. Kamboca ilə bütün sərhəd keçid məntəqələri müvəqqəti bağlanıb.

    Artıq ilk mülki əhali arasında itkilər var.