XƏBƏRLƏR / Münaqişə

Krivoy Roqdakı ticarət mərkəzinə hücum olub, 16 nəfər ölüb

Məlumata görə, zərbələr nəticəsində 23-ü uşaq olmaqla, azı 130 nəfər xəsarət alıb

Krivoy Roqdakı ticarət mərkəzinə hücum olub, 16 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatlarının (PUA) endirdiyi zərbə nəticəsində azı 16 nəfər həlak olub.

    Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

    Məlumata görə, zərbələr nəticəsində 23-ü uşaq olmaqla, azı 130 nəfər xəsarət alıb, onların hamısına zəruri yardım göstərilir. Hakimiyyət orqanları həlak olanların cəsədlərinin identifikasiyasına başlayıblar.

    Qeyd edək ki, Krivoy Roqdakı "Solneçnaya dolina" ticarət mərkəzi avqustun 21-i gündüz saatlarında iki dəfə PUA hücumuna məruz qalıb, zərbələrdən sonra binada yanğın başlayıb.