XƏBƏRLƏR / Münaqişə

ABŞ SEPAH-ın 5 başçısının başına 10 mln dollar vəd edir

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb

ABŞ SEPAH-ın 5 başçısının başına 10 mln dollar vəd edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamenti SEPAH-ın beş yüksək vəzifəli rəhbəri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir.

    Mükafat "Ədalət üçün Mükafat" proqramı vasitəsilə ödəniləcək.

    Bunlara

    - SEPAH-ın komandanı Əhməd Vahidi,

    - Hatəm əl-Ənbiya Mərkəzi Komandanlığının Qərargah rəisi Əli Əbdollahi,

    - SEPAH Aerokosmik Qüvvələrinin PUA bölməsinin komandiri Səid Ağayani,

    - SEPAH Kiber-Elektron Komandanlığının rəisi Həmidrez Laşqarian,

    - SEPAH Kəşfiyyat İdarəsinin rəisi Məcid Xadəmi daxildir.

    Proqramın məlumat verənlərin qorunması üçün başqa bir ölkəyə köçürülməsinə imkan verdiyi bildirilir.