Netanyahu Qəzzadakı soyqırıma görə məsuliyyət daşıyır VİDEO
Bunu Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ-ın "Fox News" kanalına müsahibəsində deyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Fox News"a müsahibəsi VİDEO:
- Qəzzada baş verənlər soyqırımdır. Və Netanyahu bu soyqırıma görə məsuliyyət daşıyır.
Netanyahu on minlərlə insanı amansızcasına öldürdü.
- İnanıram ki, NATO həm Rusiya, həm də Ukrayna ilə münasibətlərində Türkiyənin istifadə etdiyi modeldən istifadə edə bilər. Biz bu regionlarda sülh modeli üzərində işləyirik.
- Avropanın Ukraynaya həmişəlik iqtisadi yardım göstərəcəyini düşünmürəm. Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz.