Rusiya Odessaya kütləvi raket və PUA hücumu edib
Zərbələrin əsas hədəfi ərzaq anbarları və enerji infrastrukturu olub
Ukraynanın Odessa bölgəsi kütləvi raket və pilotsuz təyyarə hücumuna məruz qalıb, ərzaq anbarları və enerji infrastrukturu zərbələrin əsas hədəfi olub.
Zərbələr nəticəsində fərdi evlərə ziyan dəyib və yanğınlar başlayıb. Rusiya Müdafiə Nazirliyi Odessa bölgəsindəki "Yujnıy" limanına zərbə endirildiyini bildirib. Məlumata görə, bir yanacaq tankeri, beş yanacaq çəni, ikili məqsədli avadanlıqların saxlanıldığı 10 anbar, liman infrastrukturu obyektləri və limanın fəaliyyətini təmin edən PS-330 Adjalik elektrik yarımstansiyası zədələnib.
1 dəqiqədən az