XƏBƏRLƏR / Münaqişə

Türkiyə Ordusu bütün imkanlara və qətiyyətə malikdir!

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın təxribatına sərt cavab verdi

Türkiyə Ordusu bütün imkanlara və qətiyyətə malikdir!
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Türkiyəni hədəf alan "Egey dənizini raketlərlə bağlamaq" planı haqda sərt bəyanat verib:

    Bəyanatda deyilir:

    Türkiyə Silahlı Qüvvələri türk xalqına heç bir təhlükə yaratmayanlara təhdid deyil. Eyni zamanda, Türkiyə Ordusu ölkənin üzləşdiyi çətinlikləri həll etmək üçün imkanlara və qətiyyətə malikdir.

    Müdafiə Nazirliyi Türkiyənin maraqlarına zərər vurmağa yönəlmiş istənilən addımın uğursuzluğa məhkum olacağına əminliyini bildirib.

    "Bölgədə sülhün və sabitliyin təmin edilməsi Türkiyənin prioriteti olaraq qalır. Buraya Egey dənizi də daxildir. Türkiyə Silahlı Qüvvələri bütün öhdəliklərini yerinə yetirməyə hazırdır", - deyə Müdafiə Nazirliyi Afinanın regional inkişafa konstruktiv yanaşmasına ümid etdiyini bildirib.