Türkiyə Ordusu İraqın şimalında “Pəncə-Kilid” əməliyyatına davam edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat bölgəsində PKK terror qruplaşmasının dörd üzvü məhv edilib.
"Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq!", - deyə nazirlik bildirib.
Qeyd edək ki, Türkiyə Ordusu sözügedən ərazidə son iki gündə 6 şəhid verib.