XƏBƏRLƏR / Münaqişə

Avstraliya da konsulluğunu İrandan Azərbaycana köçürür

Razılıq Azərbaycan və Avstraliyanın XİN Bayramov və Vonq arasında telefon danışığındə əldə olunub

Avstraliya da konsulluğunu İrandan Azərbaycana köçürür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 20-də Azərbaycanın və Avstraliyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Penni Vonq arasında telefon danışığı olub.

    Telefon danışığı zamanı İsrail və İran arasında qarşıdurma nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

    Penni Vonq Avstraliya vətəndaşlarının İrandan çıxarılması planlarını açıqlayıb və Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

    Ceyhun Bayramov və Penni Vonq ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparıb və iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıblar.