Lavrov ermənilərə Ağdam-Xankəndi yolunu təklif edib?
Bu barədə Rusiyanın "Kommersant" qəzeti yazır
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağ erməniləri tərəfindən razılaşdırılan variant təklif edib."
Bu barədə "Kommersant" qəzetinin "Artsax Qarabağa qarşı" məqaləsində məlumat verilir.
Təklifin mahiyyəti ondan ibarət idi ki, Ağdamdan keçən yol açılır və BQXK vasitəsilə lazım olan hər şeyin oradan çatdırılmasına başlanır. Və bu yerdə hərəkət başlayandan düz 24 saat sonra Moskvanın təklifinə əsasən Laçın dəhlizində də nəqliyyatın hərəkəti bərpa edilib. “Kommersant”ın mənbəsi deyir ki, “bu seçim yüksək səviyyədə hazır idi”.
Amma, onun sözlərinə görə, Xankəndi bundan sonra şərt irəli sürüb ki, Laçın 24 saatdan sonra deyil, dərhal açılsın, sonra separatçılar bəyan edib ki, Azərbaycan mənşəli mallar Ağdamdan gətirilməməlidir. Bununla da təklif rədd edilib.
Görünən odur ki, Moskva ərazidə ikili oyun oynayır. Rusiya XİN çıxış yolu təklif edir, lakin Rusiya sülhməramlı kontingentinin sözü ilə oturub-duran separatçılar təklifi rədd edir. Rəsmi Moskva özü təklif irəli sürür, özü də öz təklifini rədd edir.