Qarabağda yenə ermənilərə təminat vasitələri daşınır VİDEO

Daşınma Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə həyata keçirilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə RSK müşayiəti altında ermənilərin döyüş mövqelərinə yenidən təminat vasitələri daşınıb.

    Bu barədə “Caliber” videogörüntülər yayıb.

    Onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

    Görüntüdə ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşındığı aydın müşahidə olunur.

    Daşınma Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə həyata keçirilib.