Rusiyanın Çuvaşiya Respublikası hücuma məruz qalıb
Şahidlər şəhər üzərində qara tüstü qalxdığını göstərən foto və videolar paylaşırlar
Ukrayna sərhədindən təxminən 900 kilometr aralıda yerləşən Rusiyanın Çuvaşiya Respublikasının Çeboksarı şəhəri PUA hücumuna məruz qalıb.
"MTV Center" ticarət mərkəzinin yaxınlığında elektrik yarımstansiyasına zərbə endirilməsi nəticədə şəhərin üzərinə böyük qara tüstü yayılıb.
Hadisə nəticəsində böyük yanğın baş verib. Şahidlər şəhər üzərində qara tüstü qalxdığını göstərən foto və videolar paylaşırlar.
Çeboksarı meri Stanislav Trofimov yarımstansiyada baş verən nasazlığı təsdiqləsə də, hadisənin səbəbini açıqlamayıb. O bildirib ki, fövqəladə hallar xidmətləri ziyanı azaltmaq və şəbəkəni ehtiyat xətlərə keçirmək üçün çalışır.
Sakinlər elektrik kəsintilərini müşahidə ediblər. Yerli Telegram kanalları bəzi evlərin elektriksiz qaldığını və svetoforların işləmədiyini bildirir.
1 dəqiqədən az