XƏBƏRLƏR / Münaqişə

İranın qaz yatağı vuruldu

İlkin araşdırmalara görə, bu partlayış pilotsuz təyyarələrin hücumu nəticəsində olub

İranın qaz yatağı vuruldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail pilotsuz təyyarələri Cənubi Pars qaz yatağına hücum edib.

    Bu barədə "Tasnim" məlumat yayıb. 

    Ölkənin qaz sektorunda iki partlayış baş verib ki, ilkin araşdırmalara görə, bu partlayış pilotsuz təyyarələrin hücumu nəticəsində olub. 

    Hücumlar Fəcr Cam neft emalı zavodunu hədəf alıb. Cənubi Pars Faza 6 və 8-də hasil edilən qazın bir hissəsi, o cümlədən “Nar” və “Kənqan” yataqlarında hasil edilən qazın bir hissəsi təmizlənmək üçün NEZ-ə göndərilir.

    14-cü mərhələ neft emalı zavodunda baş verən yanğının söndürülməsi istiqamətində görülən çevik tədbirlər alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

    İsrailin zərbəsindən sonra İrandakı Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb.