NATO-Rusiya müharibəsi yaxın illərdə başlaya bilər
Bu bəyanatı Almaniyanın müdafiə naziri Boris Pistorius verib
Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, NATO ilə Rusiya arasında müharibə yaxın illərdə başlaya bilər. O, bunu "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.
"Biz həmişə bunun 2029-cu ildə baş verə biləcəyini demişik. Lakin indi bunun 2028-ci ildə baş verə biləcəyini deyənlər də var və bəzi hərbi tarixçilər hətta sonuncu sülh yayımızı keçirdiyimizə inanırlar", - deyə o bildirib.
Pistorius əlavə edib ki, NATO ölkələrinin silahlı qüvvələri Rusiyaya qarşı mümkün hərbi əməliyyatlar üçün daha yaxşı təchiz olunmalıdır. Məsələn, o izah edib ki, 2027-ci ilin ortalarından etibarən Almaniya milli fövqəladə hallar zamanı kimin çağırıla biləcəyini müəyyən etmək üçün hərtərəfli tibbi müayinələr aparmağa başlayacaq. Müdafiə naziri vurğulayıb ki, Berlin tədricən keçmiş çağırışçılardan ibarət ehtiyat qüvvələr yaradacaq və bununla da ümumi müdafiə qabiliyyətini gücləndirəcək.
Öz növbəsində, Rusiya XİN sözçüsü Mariya Zaxarova Almaniyanın müdafiə naziri Boris Pistoriusun 2029-cu ilin sonuna qədər NATO ilə Rusiya arasında müharibə başlayacağı ilə bağlı açıqlamasına münasibət bildirərək, təcavüzkarın kim olduğuna artiq şübhə olmadığını bildirib.
1 dəqiqə